Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR - VİDEO

44 günlük Vətən müharibəsinin şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova “Unikal Baku” şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.

 
Sitat.info-ya danışan Şəhid anası bildirir ki, Nəsimi Qədirovun ona 5 min manat borcu var. Borcunu tələb etdiyi üçün N. Qədirov və həyat yoldaşı E. Qədirova tərəfindən təhqir edildiyini deyən Ülviyyə Abbasova bildirib ki, Elnarə Qədirova onu pulunu istədiyinə görə dilənçi adlandırıb: “Get, şəhidinə hörmət elə, dilənçi”.

 
Şəhid anasının sözlərinə görə, şirkət rəhbəri onunla yanaşı, bir neçə nəfərin, o cümlədən bəzi məşhur simaların da pulunu “atıb”.

 
Ülviyyə Abbasova aidiyyəti qurumların rəhbər şəxslərinə müraciət edərək kömək istəyib: “Bu adamın arxasında kim dayanır, bilmirəm. Bu gün tutulur, sabah yenə azadlığa çıxır. Heç kim bu adamla bacarmır. Xahiş edirəm, mənə kömək edin, Nəsimidən pulumu alım”.

 
Bu arada diqqətinizə çatdıraq ki, Nəsimi Qədirov bir neçə dəfə həbsdə olub. Sonuncu dəfə 2026-cı ilin may ayında məhz Ülviyyə Abbasovanı təhqir etdiyi üçün 5 sutka inzibati həbs cəzası alıb.

 

Bizi Instagramda izləyin<<2011-ci ildə Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə axtarışda olan Nəsimi Qədirov iyunun 22-də yaxalanıb.

 
Qədirov oxşar əməli bir neçə il sonra da törədib. Bu dəfə ona 12 il həbs cəzası verilsə də, sonradan cəzası yüngülləşdirilib.

 
Ölkə mediasında yayılan məlumatlarda qeyd edilir ki, Nəsimi Qədirov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham olunub və 12 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə cəzası 10 il 6 aya endirilib.

 
İttiham aktına əsasən, N. Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, “Qartal” MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və ondan 90 min manat alıb.

 
Ümumilikdə, cinayət işində zərərçəkmişlərə dəymiş ziyanın yarım milyondan çox olduğu bildirilir. N. Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, “Sahil” metrosunun üstündə yerləşən binada aylıq 10 min manat ödəməklə kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. N. Qədirov insanlara vəzifədə çalışan tanışlarının olduğunu deyib. Həmin şəxsləri inandırmaqla onların pullarını mənimsəməyi bacarıb.

 
Həmin zaman məhkəmənin hökmü ilə N. Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

 
Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki