İsrail ordusu HƏMAS-ın iki hərbi komandirini zərərsizləşdirdi

İsrail hərbçiləri nöqtəvi zərbələrlə Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatının silahlı dəstələrinin 2 komandirini zərərsizləşdirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. O, sentyabrın 11-nə keçən gecə öldürülüb. Onunla birlikdə HƏMAS-ın eyni bölməsindən daha iki radikal da məhv edilib.

Digər əməliyyat zamanı isə Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamən Cabir əs-Səid Əbu Ləbda zərərsizləşdirilib. O, Rəfahda HƏMAS-ın snayperlər bölməsinə komandirlik edib.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki