Vəziyyət gərgindir – Pezeşkian ABŞ-la bağlı xəbərdarlıq etdi

İran prezidenti Məsud Pezeşkian ABŞ-nin ölkəsinə təzyiqlərinin “çətin və təhlükəli” mərhələyə çatdığını bildirib.

Referans Media xəbər verir ki, Hindistanda səfərdə olan prezident Yeni Dehlidə çıxışı zamanı ABŞ ilə münasibətlərə toxunaraq, Vaşinqtonun Tehrana qarşı təzyiqlərinin mürəkkəb və təhlükəli həddə çatdığını deyib.

Pezeşkian müasir dünyanın “ən mürəkkəb mərhələlərdən birini” yaşadığını qeyd edib. O, bu şəraitdə BRICS-ə üzv ölkələri qarşılıqlı əməkdaşlığı gücləndirməyə və daha praktik addımlar atmağa çağırıb.

İran lideri ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin mövcud qlobal problemlərin aradan qaldırılmasına töhfə verə biləcəyini vurğulayıb./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki