Tramp onların yerini deyənlərə 10 milyon dollar verəcək

ABŞ Dövlət Departamenti “Əl-Qaidə”nin yüksək rütbəli liderləri barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif edib.

Referans Media xəbər verir ki, ABŞ tərəfi bəzi “Əl-Qaidə” üzvlərinin İranda gizləndiyini və təşkilatın bu ölkədən sığınacaq kimi istifadə etdiyini bildirib.

Axtarışda olanlar arasında Seyf əl-Adl, Əbdürrəhman əl-Məğribi və Yasin əl-Suri də var.

ABŞ Dövlət Departamenti onları ABŞ və müttəfiqlərinə qarşı zorakı hücumlar həyata keçirən “Əl-Qaidə”nin yüksək səviyyəli rəhbərləri adlandırıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki