Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Referans Media xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, daha əvvəl Lerik-Lənkəran sərhəddində zəlzələ qeydə alınıb. 3 bal gücündəki zəlzələ bu gün yerli vaxtla 16:00-da 31 km dərinlikdə baş verib.
