Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır — VİDEO

Azərbaycanın magistral yollarında sürücülərin həyatını təhlükə altında qoyan növbəti xoşagəlməz hal qeydə alınıb.

Referans Media  xəbər verir ki, sürücülər tərəfindən çəkilən video-görüntülərdən aydın görünür ki, zarrat postuna çatmamış yolda gözlənilməsən maneə peyda olub. Belə ki, beton sədd yolun tən ortasına çıxaraq hərəkət xəttini zəbt edib.


Kadrlarda ərazinin qaranlıq olması və avtomobillərin yüksək sürətlə hərəkət etməsi səbəbindən sürücülərin bu betonu vaxtında görə bilmədiyi açıq şəkildə nəzərə çarpır. Vətəndaşlar bu vəziyyətin hər an ağır qəzaya və faciəyə səbəb ola biləcəyini bildərək aidiyyəti qurumlardan dərhal müdaxilə etməyi və maneənin yoldan yığışdırılmasını tələb edirlər./nocomment.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki