Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı - Foto

Oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat-qoşun tədbirləri həyata keçirilib.

Referans Media xəbər verir ki, bununla bağlı DSX məlumat yayıb.

Bildirilib ki, nəticədə Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki