Bakıda qadın gözəllik salonunda bıçaqlandı

  Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb.

Referans.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

Məlumata görə, 39 yaşlı S.Hasanov həmin salonda çalışan, tanışı – 30 yaşlı C.Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki