Xaçmazda ev yandı - Ölən var

Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki