Braziliya millisində sürpriz qərar: Neymar geri döndü, "Qalatasaray"ın ulduzu isə kənarda qaldı

2026 Dünya Kuboku üçün Braziliya milli futbol komandasının heyəti açıqlanıb. Siyahıda yer alan və kənarda qalan futbolçular böyük müzakirələrə səbəb olub.

Ederson heyətdə yer aldı

Ederson Braziliya millisinin Dünya Kuboku heyətinə daxil edilib. "Fənərbaxça"nın təcrübəli qapıçısı turnirdə komandasının əsas güvənilən adlarından biri olacaq.

Qabriel Sara üçün gözlənilməz qərar

Qabriel Sara isə heyətə çağırılmayıb. "Qalatasaray" azarkeşlərinin milliyə dəvət olunacağını gözlədiyi braziliyalı yarımmüdafiəçinin siyahıdan kənarda qalması sürpriz kimi qiymətləndirilib.

Neymar 1,5 ildən sonra geri döndü

Uzun müddətdir zədə səbəbindən milli komandadan uzaq qalan Neymar yenidən Braziliya millisinin heyətinə daxil edilib.

Ulduz futbolçu sonuncu dəfə 2023-cü ilin oktyabrında Uruqvaya qarşı matçda milli formanı geyinmişdi. Çarpaz bağ zədəsi alan Neymar 2025-ci ilin martında da milliyə çağırılsa da, zədə səbəbindən heyətdən çıxarılmışdı.

​Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya milli komandası 2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatında iştirak edəcək rəsmi heyətini ictimaiyyətə təqdim edib.

Referans Media xəbər verir ki, heyətdə Neymar və Vinisius Junior kimi ulduzlarla yanaşı, cari mövsüm Premyer Liqada sərgilədiyi oyunla diqqət çəkən İqor Tiaqo və gənc istedad Rayan da yer alıb.

​“Selesao”nun turnirdəki qrup mərhələsi üzrə oyun təqvimi isə aşağıdakı kimidir:

​Mərakeş — Braziliya | 13 iyun (MetLife Stadium)
​Braziliya — Haiti | 19 iyun (Lincoln Financial Field)
​Şotlandiya — Braziliya | 24 iyun (Hard Rock Stadium)
​Braziliya millisinin dünya çempionatı heyəti:

Qapıçılar: Alisson Beker (“Liverpul”), Ederson (“Fənərbaxça”), Veverton Pereyra da Silva (“Qremio”).

Müdafiəçilər: Duqlas Santos (“Zenit”), Aleks Sandro (“Flamenqo”), Bremer (“Yuventus”), Danilo (“Flamenqo”), Qabriel Maqalyaes (“Arsenal”), Rocer İbanyes (“Əl-Əhli”), Leo Pereyra (“Flamenqo”), Markinyos (PSJ), Uesli Fransa (“Roma”).

Yarımmüdafiəçilər: Lukas Paketa (“Flamenqo”), Bruno Gimaraynş (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Fabinyo (“Əl-İttihad”), Danilo dos Santos de Oliveyra (“Botafoqo”).

Hücumçular: Neymar (“Santos”), Luis Enrike (“Zenit”), Endrik (“Lion”), Qabriel Martinelli (“Arsenal”), İqor Tyaqo (“Brentford”), Mateus Kunya (“Mançester Yunayted”), Rafinya (“Barselona”), Vinisius Junior (“Real”, Madris), Ryan Vitor Simplisio Roşa (“Bornmut”).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki