Bu ərazilərdə qaz olmayacaq

Masallı rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Referans Media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Köhnə Alvadı, Banbaşı, Yeyənkənd kəndlərinin və Böyük Xocavar kəndinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki