Goranboyda piyadanı avtomobil vuraraq öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlunata görə, təxminən 40-45 yaşlarında kişini avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki