"Birləşmiş Ştatlar süni intellekt üzərində qlobalist nəzarət sistemi qurmaq cəhdlərini qətiyyətlə rədd edir".
Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Onun Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Assambleyasının 81-ci sessiyası çərçivəsindəki çıxışının görüntüsü Ağ Evin “YouTube” kanalında yayımlanıb.
ABŞ liderinin sözlərinə görə, texnologiyanı rəsmi olaraq “superintellekt” adlandırmaq lazımdır, çünki “süni” termini onun saxta olması barədə yanlış təəssürat yaradır.
Tramp əlavə edib ki, “superintellekt” terminindən ABŞ-ın bütün rəsmi sənədlərində istifadə olunacaq, həmçinin digər ölkələrin də oxşar təcrübəyə başlayacağına ümidvar olduğunu bildirib.
Amerika lideri bəyan edib ki, süni intellekt heyrətamiz texnologiyadır, həmçinin onun inkişafı zamanı ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Bir neçə gün əvvəl Tramp özünün birinci prezidentlik dövründə təsis edilmiş Kosmik qüvvələrə bənzər Süni İntellekt Qüvvələrinin yaradılacağını bəyan etmişdi. Trampın sözlərinə görə, o, yaxın vaxtlarda yeni strukturun rəhbərinin adını açıqlayacaq. Ağ Evin rəhbəri süni intellekti ABŞ ÜDM-nin 25 faizinə qədərini əhatə edə biləcəyi qiymətləndirilən yeni sənaye inqilabı adlandırıb./Publika.az
