Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Moldova parlamenti elektrik enerjisi, yanacaq və su təchizatında fasilələr yaranması təhlükəsi, eləcə də qazın bahalaşması səbəbindən energetika və hidrologiya sahəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Referans Media xəbər verir ki, iclasın yayımının görüntüsü qanunverici orqanın “YouTube” kanalında yayımlanıb.

Qərarın lehinə hakim “Həmrəylik və Hərəkət” Partiyasından olan 56 deputat səs verib. Rejimin fəaliyyəti sentyabrın 26-dan başlayacaq və 60 gün davam edəcək.

Müxalifət partiyalarının nümayəndələri hakimiyyəti böhran və korrupsiyanın öhdəsindən gələ bilməməkdə ittiham edərək qərarın əleyhinə səs veriblər.

Sentyabrın 21-də Moldovanın Prezidenti Mayya Sandu istilik mövsümünün astanasında energetika böhranının aradan qaldırılması tədbirlərini müzakirə etmək üçün Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb. Şura təbii qazın dəyərinin kəskin artması və onun əhali üçün tariflərə təsiri fonunda toplaşacaq. Avqustun sonunda hökumət müvafiq agentliyin qaz tarifini 41 faiz artırmaq qərarı fonunda energetika sahəsində yüksək hazırlıq rejimini 30 gün müddətinə uzatmışdı./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki