Tramp-Zelenski görüşü başladı - VİDEO

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və onun amerikalı həmkarı Donald Tramp arasında görüş başlayı.

Referans Media xəbər verir ki, görüş Ağ Evin “YouTube” kanalı vasitəsi ilə yayımlanır.

Danışıqlar zamanı Tramp bəyan edib ki, Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı qərar tapılacaq. Amerika lideri həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə daha bir görüş keçirə bilər.

Bir neçə saat əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio bildirmişdi ki, Tramp BMT Baş Assambleyasının meydançasında ukraynalı həmkarı ilə görüşü zamanı enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılmasını müzakirə etmək istəyir.

Sentyabrın 20-də Zelenski Trampla “vacib” telefon danışığı apardığını bildirmişdi. Ukrayna lideri onların Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı.

BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri çərşənbə axşamı Nyu-Yorkda başlayır. Yaxın həftə ərzində təqribən 130 dünya lideri ümumdünya təşkilatının mənzil-qərargahında toplaşacaq./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki