Qazax Rayon Psixiatriya Xəstəxanası yandı, xəstələr təxliyə edildi – FOTOLAR

Səhiyyə Nazirliyinin balansında olan Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın hadisəsi baş verib.

Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, ümumilikdə 98 pasiyentin müalicə aldığı ikimərtəbəli binanın mətbəxində qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Operativ tədbirlər nəticəsində yanğın zonasına yaxın mərtəbədə olan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub, xəsarət alan olmayıb.

Pasiyentlərin qidalanmasını təmin etmək üçün müəssisədə 5 günlük ərzaq ehtiyatı formalaşdırılıb. Mətbəx bərpa edilənədək tibb müəssisəsinin həyətində 50 nəfərlik çadır qurulub və müvəqqəti mətbəx yaradılıb.

Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

3d7bf056 c979 4a92 b2c6 4f21b8d704d95fd05b72 b22d 4316 b987 2ab90835e1526ab29a919dcd46ab29a919dcd517900898736ab29a919dcce6ab29a919dcd1 66ab23572660796ab235726607a1790063986b00e18aa519cd578d4b242e376e703311790091970922265 vz97qQH 1 1a071b5bf 819e 4997 b1b6 1099ec4f9cb5bcc5557d 77e8 49de ac5d b701fe2efdfe 1bcc5557d 77e8 49de ac5d b701fe2efdfe


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki