Bu ölkədən dəhşətli xəbəri gəldi: Yüksək vəzifəli məmurların olduğu helikopter düşdü - Sağ qalan olmadı

Argentinada helikopter qəzası baş verib. San-Xuan əyalətində qeydə alınan hadisə nəticəsində helikopterdə olan 7 nəfərin hamısı həyatını itirib. Ölənlər arasında yüksək vəzifəli dövlət rəsmilərinin də olduğu açıqlanıb.

Hadisə San-Xuan əyalətinin İsçiqualaasto Milli Parkı ərazisində baş verib. İlkin məlumata görə, “Bell 412” tipli helikopter hələlik müəyyənləşdirilməyən səbəbdən qəzaya uğrayaraq yerə çırpılıb.

Qəza nəticəsində 7 nəfər həyatını itirib. Həlak olanlar arasında San-Xuan Mülki Müdafiə direktoru Karlos Heredia və əyalət polis rəisinin müavini German Videla da olub.

Hadisə zamanı yanğınsöndürmə idarəsində çalışan polis rəisləri Ruben Kastro və Xorxe Karbaxalın da həyatını itirdiyi bildirilib.

Faciə ilə bağlı San-Xuan qubernatoru Marselo Orreqo açıqlama verib. O, hadisədən dərin kədər hissi keçirdiklərini bildirərək, həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Qubernator qeyd edib ki, bu ağır gündə yaxınlarını itirən ailələrin yanında olduqlarını ifadə edib.

Helikopterin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Səlahiyyətli qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək və hadisənin bütün detallarını aydınlaşdırmaq üçün araşdırma aparırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki