Argentinanın San Xuan əyalətində helikopter qəzaya uğrayıb.
Referans Media xəbər verir ki, qəza nəticəsində yüksək vəzifəli şəxslərin də daxil olduğu yeddi nəfərlik heyət həlak olub.
Faciəvi xəbərdən sonra San Juan qubernatoru Marselo Orreqo başsağlığı verib.
Qəzada ölənlərin şəxsiyyətləri ilə bağlı təfərrüatlar da ortaya çıxıb. Həyatını itirən yeddi nəfər arasında dövlət bürokratiyasının mühüm şəxslərinin olduğu bildirilir.
San Juan Mülki Müdafiə Direktoru Karlos Heredia, Ştat Polis Komissarının müavini German Videla və yanğınsöndürmə xidmətinin əməkdaşları Ruben Kastro və Xorxe Karbaxalın qəzada həlak olduqları təsdiqlənib.
Qəzanın səbəbini müəyyən etmək üçün ərazidə araşdırma başlanılıb./Unikal/
