Mənə qarşı bir nəfər Çindən maşın gətirmək adıyla dələduzluq edib, 7 min manat pul almışdı. Həmən şəxs 3 il müddətinə azadlıqdan məhrum edildi. Amma hələ də mənə dəymiş ziyan ödənilmiyib.
O, 3 ildən sonra, həbsdən çıxandan sonra ziyanı ödəməyə bilərmi?
Referans Media xəbər verir ki, bu sualla Oxu24.com-a oxucu müraciət edib.
Hüquqşünasların verdiyi məlumata görə, dəymiş ziyanı almaq üçün cinayət işinin gedişatında, zərərçəkmiş şəxs mülkü iddia verməlidir. Bəzən zəzər çəkmiş şəxs mülkü iddia vermir.
Fikirəşir ki, artıq şəxsin cəzası verildikdən sonra bu pulu mənə ödəməlidir.Qeyd olunan pulun alınması üçün mütləq müki qaydada məhkəməyə müraciət edilməlidir.Əks halda dəymiş ziyan sizə ödənilməyəcək.
