Keçmiş icra başçısı dünyasını dəyişdi

Tanınmış jurnalist, politoloq, ictimai-siyasi xadim və Masallı Rayon İcra Hakimiyyətinin iki dəfə başçısı olmuş Teymur Yəhyayev vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə Fakt.info-ya mərhumun yaxınları məlumat verib.

Qeyd olunub ki, T.Yəhyayev Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Məlumata görə, açıq ürək əməliyyatı keçirən Teymur Yəhyayev komadan ayılmayıb.

Mərhumun nəşinin sabah doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətiriləcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki