Tunis millisinin baş məşqçisi Sabri Lyamuşinin 2026-cı il dünya çempionatının ilk oyunundan sonra milli komandadan ayrılmaq ehtimalı yüksəkdir.
Referans Media xəbər verir ki, sosial mediada yarım milyondan çox izləyicisi olan jurnalist Romain Molinanın sözlərinə görə, Tunis Futbol Federasiyası ilk turda İsveçə ağır məğlubiyyətdən (1:5) sonra Lyamuşini qovmaq qərarına gəlib.
Şayiələrə görə, Tunis millisinin baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Vəhbi Xəzri yerinə yetirəcək.
2026-cı il Dünya Kubokunun qrup mərhələsində Tunis Niderland və Yaponiya ilə də oynamalıdır./Publika.az
