FIFA DÇ-2026 üçün daha bir dəyişiklik etməyi planlaşdırır.
Referans Media xəbər verir ki, qurum futbolçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün DÇ-2026-nın qrup mərhələsindən sonra bütün sarı vərəqələrin ləğv edilməsini nəzərdən keçirir.
ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə toplanmış xəbərdarlıqlara görə diskvalifikasiya ilə bağlı yeni qaydaların çərşənbə axşamı Vankuverdə təşkil olunacaq FIFA Şurasının iclasında müzakirə ediləcəyi və təsdiqlənəcəyi gözlənilir.
Əvvəlki DÇ-2026-da sarı vərəqələr yalnız 1/4 finaldan sonra qüvvədən düşürdü. Lakin turnirin 48 komandaya qədər genişlənməsini nəzərə alaraq, FİFA diskvalifikasiyaların sayını azaltmaq üçün qaydaları dəyişdirmək niyyətindədir./KONKRET.az























