Dəməşqdə kilsədə terror aktı: 25 ölü, 30 yaralı – bu təşkilat üzərinə götürdübackend

Dəməşqdə kilsədə terror aktı: 25 ölü, 30 yaralı – bu təşkilat üzərinə götürdü

  Dəməşqin şərqində yerləşən xristian əhalinin yaşadığı Duveyla rayonunda partlayış baş verib.

Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.

Məlumata görə, partlayıcı qurğu məbədə daxil olan kamikadze tərəfindən işə salınıb.

Polis hadisə baş verən ərazini mühasirəyə alıb, hadisə yerinə təcili yardım maşınları gəlib, yaralılar xəstəxanalara çatdırılıblar.

Nəticədə azı 25 nəfər həyatını itirib, 30-a yaxın yaralı var.

Suriyanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Dəməşqdə yerləşən kilsədə özünü partladan terrorçu-kemikadzenin İŞİD terror təşkilatına mənsub olduğu müəyyən edilib.//Globalinfo.az   

685834ea1cbb6685834ea1cbb71750611178685834ea1cbb4685834ea1cbb5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki