Kanadanın MakGill Universitetinin tədqiqatçıları nevroloji xəstəliklərin erkən diaqnostikasında mühüm irəliləyişə imza atıblar.
Referans Media xəbər verir ki, "Annals of Neurology" jurnalında dərc olunan araşdırmaya görə, qandakı xüsusi zülallar vasitəsilə dağınıq skleroz (MS) riskini simptomlar yaranmazdan 10 il əvvəl aşkarlamaq mümkündür.
Mütəxəssislər Böyük Britaniya Biobankının təxminən 500 min iştirakçısının məlumatlarını və 2500-dən çox qan zülalını təhlil ediblər. Nəticədə, gələcəkdə dağınıq skleroz inkişaf edən şəxslərin qanında diaqnoz qoyulmazdan hələ on il əvvəl dəyişən 8 fərqli zülal növü müəyyən olunub. Xüsusilə "DKKL1" adlı zülalın həm xəstəlik riskini azaltdığı, həm də onun daha yüngül keçməsinə kömək etdiyi bəlli olub.
Həkimlər qan analizinə əsaslanan bu yeni üsulun gələcəkdə xəstəliyin erkən nəzarətə götürülməsinə və ağır fəsadların qarşısının vaxtında alınmasına imkan yaradacağını bildirirlər./demokrat.az
