Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin edib - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin edib.

Referans Media xəbər verir ki, bununla bağlı o, müvafiq əmrlər imzalayıb.


Məlumata görə, Elşad Mahmudov sədrin köməkçisi, Elmir Bədəlov isə sədrin müşaviri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, E.Mahmudov 2022-ci ildən bu təyinata qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində, E.Bədəlov isə 2022-ci ildən bu təyinata qədər Böyük Britaniyanın Bakıdakı səfirliyində çalışıb./İqtisadiyyat.az/


Fotoda: E.Mahmudov və E.Bədəlov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki