Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Azərbaycanda vahid məktəbli formasının tətbiqinə dəstək ifadə edib.
Referans Media xəbər verir ki, sənətçi bununla bağlı paylaşım edən Türkiyə xəbər portallarından birinin sosial şəbəkə hesabına şərh yazaraq mövqeyini nümayiş etdirib.
Nəsrin Cavadzadə şərhində Azərbaycan bayrağı və ürək emojilərindən istifadə edib. Aktrisanın bu jesti onun Azərbaycanda məktəbli forması ilə bağlı müzakirələrə münasibətini ifadə edib.
Qeyd edək ki, son günlər Azərbaycanda məktəblərdə vahid geyim qaydası sosial şəbəkələrdə geniş müzakirə olunur. Mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir, tanınmış şəxslər də öz mövqelərini bölüşürlər.
