Əli Ağaoğlu yenidən ata olur: Sevgilisi üçün 1 milyonluq gecə təşkil etdi

Türkiyənin tanınmış iş adamlarından olan Əli Ağaoğlu yenidən ata olmaq həyəcanı yaşayır. Onun təxminən 3,5 aylıq hamilə olan sevgilisi Bige Yıldırımer üçün Bodrumda xüsusi qeyd etmə mərasimi təşkil etdiyi bildirilib.

Referans Media xəbər verir ki, Ağaoğlu sıx iş qrafikinə qısa fasilə verərək sevgilisi ilə birlikdə Bodruma gedib. Cütlüyün Güllük sahillərində lövbər salan qayıqda istirahət etdiyi qeyd olunub.

Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, Ali Ağaoğlu sevgilisinin hamiləlik xəbərini yaxın dostları ilə bölüşmək üçün Güllükdə məşhur restoranlardan birində xüsusi şam yeməyi təşkil edib. İddiaya görə, iş adamı həmin gecənin hesabını ödəmək üçün təxminən 1 milyon türk lirəsi xərcləyib.

Cütlüyün yaxın çevrəsi bildirib ki, Ali Ağaoğlu ata olacağını öyrəndiyi ilk gündən böyük sevinc yaşayıb. İş adamının körpənin dünyaya gəlişi üçün hazırlıqlara başladığı və bu xəbərin onu çox xoşbəxt etdiyi vurğulanıb.

Qeyd edək ki, Ali Ağaoğlu Türkiyənin ən tanınmış daşınmaz əmlak maqnatlarından biri hesab olunur. İş adamının əvvəlki münasibətlərindən də övladları var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki