Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib.
Referans Media xəbər verir ki, dəyişikliyə əsasən, erkən evliliyə dair anlayış müəyyənləşib.
Erkən evlilik uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq sayılacaq.
