Təhlükədə olan şəxsi köməksiz qoyanlar həbs ediləcək

Həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq imkanından məhrum şəxsi bilə-bilə köməksiz qoyan şəxslər cəzalandırıla bilər.

Təhlükədə olan şəxsin qayğısına qalmalı olan şəxsin onu köməksiz vəziyyətdə qoyması məsuliyyət yaradır.

Eyni zamanda, şəxsin özü zərərçəkmişi onun həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə salıbsa və sonradan ona kömək etmək imkanı olduğu halda bunu etməyibsə, həmin şəxs də cəzalandırıla bilər.

Belə hallarda 1 000 manatdan 1 500 manatadək cərimə tətbiq edilə bilər.

Bundan başqa, təqsirli şəxs bir ilədək müddətə islah işlərinə və ya altı ayadək müddətə azadlıqdan məhrum etməyə məruz qala bilər.

Qeyd olunan məsuliyyət təhlükəli vəziyyətdə olan şəxsin özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olması və ona kömək göstərilməməsi halları ilə bağlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki