Xəbər verdiyimiz kimi, Bakıda “MediHall Hospital’”da estetik əməliyyat etdirən qadın vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 10-da rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”- məlumatda deyilir.
Referans Media xəbər verir ki, “Medihall Hospital”ın baş həkimi Nigar Məhəmmədova “Sitat.info”-ya danışıb.
O pasiyentin səhhətində yaranan başqa bir narahatlıqdan öldüyünü qeyd edib: “Xanım pasiyent fevralın 9-da əməliyyat olmuşdu. Göbək yırtığı əməliyyatı olundu və əməliyyat uğurla keçdi. Klinikada olanda hər şey qaydasında idi. Evə getdikdən sonra pasiyentin ürəyində problem yaranıb. Daha sonra başqa klinikaya aparıblar. Bizimlə əlaqəsi yoxdur”.
Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Referans Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “Unikal”a bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
Paytaxtın Binəqədi rayonunda yerləşən “Medi Hall” klinikasında ölüm halı baş verib.
Referans Media xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova sözügedən klinikadan bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub. Fevralın 13-də isə qadın ölüb.
Araşdırma aparılır.
