Trendyol Süper Liqasında üst-üstə iki heç-heçə ilə çempionluq yarışında ciddi zərbə alan “Fənərbaxça”da sürpriz bir açıqlama gəldi.
Referans Media xəbər verir ki, “Fənərbaxça”nın sabiq prezidenti Əziz Yıldırım, çempionluq yarışına dair açıqlama verib. Yıldırım bildirib ki, liqa hələ bitməyib və “Qalatasaray”ın qarşısında çətin bir mərhələ durur.
Əziz Yıldırım “Fənərbaxça”nın keçmiş uğurlarını xatırladaraq deyib:
“Fənərbaxça vaxtilə 9 xal geri düşsə də, yenidən irəliləmişdi. Qalatasaray isə Beşiktaş, Trabzonspor və Göztepe səfərlərinə gedəcək. Hər şeyi bir kənara qoyaq, bizimlə hələ oyunu var. Əgər bunların hamısını qazansa, çempion olsun. Ah-vah etməyə ehtiyac yoxdur!”
Beləliklə, Əziz Yıldırım komandanın şansının hələ davam etdiyini və azarkeşləri təşvişə düşməməyə çağırıb.























