image-1536x864_cmsv2_f5072a90-f1f7-5918-9760-83a0967a49ce-9741405backend

FED sədri Pauel: Brent nefti hələ zirvəyə çatmayıb

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerom Pauel faiz dərəcəsinin 3,50–3,75% səviyyəsində sabit saxlanıldığını açıqlayıb və enerji bazarındakı gərginliyə dair xəbərdarlıq edib.

Referans Media xəbər verir ki, O, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında blokadanın uzadılması ilə bağlı açıqlamalarından sonra 120 dollara qədər yüksələn neft qiymətlərinə toxunaraq deyib: “Enerji qiymətlərindəki artım hələ zirvəyə çatmayıb.”
Pauell bildirib ki, qlobal bazarlardakı qeyri-müəyyənlik yüksək olaraq qalır və FED sərt pul siyasətini davam etdirir. Onun sözlərinə görə, enerji qiymətlərinin artması inflyasiya risklərini gücləndirir.

Brent nefti bir gün əvvəl 104,4 dollardan bağlanıb, daha sonra isə təxminən 7% artaraq 118 dollara yüksəlib və 120 dollar həddinə yaxınlaşıb.

Qiymət artımında əsas səbəb kimi ABŞ-ın İranla bağlı daha uzunmüddətli dəniz blokadasına hazırlaşdığı barədə xəbərlər göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki