image-nkunkuuubackend

Fənərbağçada Nkunku üçün gərgin danışıqlar davam edir – Yüksək transfer haqqı

Baş məşqçi Domeniko Tedeskonun sabiq yetirməsi Kristofer Nkunku üçün Fənərbağça ilə Milan arasında danışıqların davam etdiyi bildirilir.

Referans Media xəbər verir ki, hücum xəttini gücləndirməyi planlaşdıran Fənərbağça fransalı forvard Nkunkunun transferi ilə bağlı İtaliya təmsilçisi Milanla danışıqları davam etdirir.

Serie A klubu fransalı hücumçu üçün 35 milyon avro transfer haqqı tələb edir. “Sarı-lacivərdlilər” isə bu məbləği aşağı salmağa çalışır. Rəhbərlik Milanın tələbləri məqbul səviyyəyə endirdiyi halda, Nkunku ilə müqavilə şərtlərini müzakirə etmək üçün masaya oturmağı planlaşdırır.

Tedesko fransalı futbolçunun oyun sisteminə daha uyğun olduğunu düşünür və Nkunkunu Jhon Duranla birlikdə oynatmağı planlaşdırır. Təcrübəli mütəxəssis “Leyptsiq”də çalışdığı dövrdə Nkunkudan əsasən hücumun arxasında, qanad forvard və “10 nömrə” mövqelərində istifadə edib.

Hazırkı mərhələdə fransalı futbolçunun planının Milanda qalmaq olduğu qeyd olunur.

Fənərbağça Milanla transfer haqqı ilə bağlı razılıq əldə etdikdən sonra Nkunkuya müqavilə şərtlərini əks etdirən rəsmi təklif təqdim edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki