image-de-bruynebackend

“Fənərbaxça”nın istədiyi Bruyne qərarını verdi

“Mançester Siti”dən ayrılan Kevin De Bruyne “Napoli”yə transfer olub.

Referans xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, Kevin De Bruyne “Napoli” ilə 2 illik müqavilə bağlayıb. Bundan əvvəl “Napoli”ni belçikalı ulduza illik 6 milyon avro maaş və 3 milyon avro imza bonusu təklif etdiyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Kevin De Bruynenin adı “Fənərbaxça” ilə də hallanmışdı. “Fənərbaxça”nın futbolçuya “Napoli”nin təklif etdiyi məbləğdən iki dəfə çox məvacib təklif etdiyi irəli sürülmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki