"Fənərbaxça" və "Beşiktaş" üçün pis xəbər: Robertson qərarını verdi

"Fənərbaxça" və "Beşiktaş"ın transfer gündəmində olduğu iddia edilən Şotland sol cinah müdafiəçisi Endryu Robertson karyerası ilə bağlı qərarını verib. "Liverpul"dan ayrılan təcrübəli futbolçu Premyer Liqada qalmağı seçib.

Referans Media xəbər verir ki, 32 yaşlı futbolçu "Tottenhem Hotspur" ilə 2 illik müqavilə imzalayıb. İngiltərə mətbuatında yayılan xəbərlərdə transferin yaxın zamanda rəsmi olaraq açıqlanacağı bildirilir.

"Tottenhem Hotspur" mövsümün sonlarında Premyer Liqada qalmağı təmin etdikdən sonra yeni mövsüm üçün heyətini gücləndirməyə başlayıb və Robertson transferi bu planın ilk addımlarından biri kimi qiymətləndirilir.

Endryu Robertson "Liverpul" forması ilə böyük uğurlara imza atıb. Klubla 2 Premyer Liqa çempionluğu və 1 UEFA Çempionlar Liqası qazanan futbolçu, İngiltərə klubunda mühüm rol oynayıb.

Son mövsümdə "Liverpul" forması ilə 36 rəsmi oyunda meydana çıxan Robertson 3 qol və 2 assistlə yadda qalıb.

Beləliklə, "Fənərbaxça" və "Beşiktaş"ın maraqlandığı iddia edilən Endryu Robertson Premyer Liqanı tərk etməmək qərarı verib və karyerasını "Tottenhem Hotspur"da davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki