Fransa şəhərlərində qismən komendant saatı tətbiq ediləcək

Fransanın baş naziri Sebastyan Lekornu bu axşam ölkənin şəhər mərkəzlərində komendant saatı tətbiq etməyi əmr etdi.

Referans Media xarici mediaya istinadla xəbər verir ki, məhdudiyyət qismən və lokal olacaq.

Lekornu qərarı geniş yayılmış talanlarla əlaqələndirib.

Baş nazir deyib: "Biz çox spesifik genişmiqyaslı talan növü ilə qarşı-qarşıyayıq. Bunun qeyri-müəyyən müddətə davam etməsinə icazə verə bilmərik".

Daha əvvəl Marsel şəhərinin rəhbərliyi yerli vaxtla saat 12:00-dan 20:00-dək toplantıları və nümayişləri müvəqqəti olaraq qadağan edib.

Parisdə Luvr məktəbinin tələbələri də daxil olmaqla etirazçılar muzeyin girişini bağlayıblar. Luvr "tələbə tətilləri səbəbindən" ziyarətçilər üçün bağlandığını elan edib./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki