Göyçayda ağac maşının üzərinə aşdı – FOTOLAR

Göyçayda irigövdəli qurumuş çinar ağacı avtomobilin üzərinə aşıb.

Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Əli Kərim küçəsində qeydə alınıb.

Belə ki, ağac yol kənarında dayan “Hyundai Santa Fe” markalı minik maşınının üzərinə aşıb.

Yolda hərəkət tamamilə məhdudlaşdırılıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda baş vermiş hadisənin fəsadları aradan qaldırılır.

d488af7c 4bdd 4ca0 9c91 cbc871ea01c4 scaledd19532f9 81a2 402e a7c2 f10f817671db scaled


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki