Hakerlərin tələsinə düşən şəxsin CV-si dünyanı şoka saldı

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq müavini və NATO-nun yüksək vəzifəli kəşfiyyat rəsmisi Arndt Freytaq fon Lorinqxoven, hakerlərin göndərdiyi “PIN kodunuzu daxil edin” mesajına inanaraq Siqnal hesabı sındırılıb. Hadisəni daha da diqqətçəkən edən isə Lorinqxovenin kiber hücumlar və rəqəmsal təhlükəsizlik mövzusunda kitab yazmasıdır.

Referans Media xəbər verir ki, Lorinqxovenə gələn saxta mesaja inanaraq hesabının idarəsini hakerlara verib. Ekspertlər bildirir ki, bu hadisə göstərir ki, ən təcrübəli kəşfiyyatçılar belə sadə fəndlərlə aldana bilər. Şəxsiyyət oğurluğu (phishing) hücumlarında istifadəçilər saxta mesajlarla şəxsi məlumatlarını və doğrulama kodlarını paylaşmağa yönəldilir.

Lorinqxoven Almaniya Federal Kəşfiyyat Xidmətində (BND) müavin vəzifəsində çalışıb. NATO-nun kəşfiyyat strukturlarında yüksək vəzifələr daşıyıb. Kiber hücumlar mövzusunda kitab yazması hadisənin ironik tərəfini artırır.

Kiber təhlükəsizlik mütəxəssisləri qeyd edirlər ki, bu hadisə göstərir ki, hətta peşəkar kəşfiyyatçılar da rəqəmsal tələlərə düşə bilər. Hakerlər, xüsusilə saxta mesajlar və doğrulama tələbləri vasitəsilə istifadəçiləri aldatmağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki