Müəllimlərə maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: Təhsil sistemində BÖYÜK DƏYİŞİKLİK gözlənilir!

​Son günlər mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan konseptual məsələlərdən biri müəllimlərin əməkhaqqı sisteminə edilə biləcək olası dəyişikliklərdir. Xüsusilə, müəllim maaşlarının şagirdlərin göstərdiyi neticələrə bağlanacağı ilə bağlı iddialar pedaqoji heyət və valideynlər arasında ciddi rezonans doğurub. Cəmiyyətdə müxtəlif fikirlərin səsləndiyi bir vaxtda məsələnin mahiyyətinə işıq salınıb.

​Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Referans Media-ya açıqlamasında yayılan şayiələrə və yanlış anlaşılmalara aydınlıq gətirib.

​Deputat bildirib ki, bəzi kütləvi informasiya vasitələrində məsələnin təqdim olunma forması real mənzərəni əks etdirmir. Onun sözlərinə görə, səsləndirilən fikirlər müəllimlərin əməkhaqqının mütləq şəkildə şagird nəticələrinə bağlanacağı barədə qəti təklif və ya icrasına başlanılan mexanizm deyil.

​"Məqsəd müəllim əməyini dərs saatı ilə məhdudlaşdırmamaqdır"

​Elnarə Akimova vurğulayıb ki, burada söhbət yalnız gələcəkdə müzakirə oluna biləcək, arzuolunan və çoxmeyarlı qiymətləndirmə modelindən gəlir:

​"Məqsəd müəllim əməyinin yalnız dərs saatı ilə deyil, onun təhsil prosesinə verdiyi ümumi töhfə əsasında daha ədalətli qiymətləndirilməsi imkanlarını nəzərdən keçirməkdir. Bu cür yanaşma yalnız obyektiv, şəffaf və balanslı meyarlar əsasında tətbiq oluna bilər."

​Şəhər və kənd məktəbi fərqi nəzərə alınacaq

​Deputatın söhbət əsnasında toxunduğu mühüm məqamlardan biri də qiymətləndirmədə yalnız qəbul imtahanı nəticələrinin əsas götürülməsinin yolverilməzliyidir. O, müəllim əməyinin çoxşaxəli qiymətləndirilməsinin vacibliyini belə əsaslandırıb:

​Çoxmeyarlı qiymətləndirmə: Müəllimin fəaliyyəti təkcə şagirdin imtahan balı ilə ölçülməməlidir. Şagirdlərin inkişaf dinamikası, olimpiada və müsabiqələrdə əldə olunan uğurlar nəzərə alınmalıdır.

​Şəxsi və peşəkar inkişaf: Müəllimin innovativ fəaliyyəti, öz üzərində işləməsi və məktəbin ictimai hayatındakı rolu da qiymətləndirmə sisteminə daxil edilməlidir.

​Sosial və coğrafi amillər: Şəhər və kənd məktəblərinin imkan fərqləri, habelə müəllimlərin fəaliyyət göstərdiyi sosial mühit mütləq şəkildə nəzərə alınmalıdır.

​Elnarə Akimova bir daha diqqətə çatdırıb ki, bu, hazırkı mərhələdə icrası nəzərdə tutulan konkret mexanizm deyil, gələcək üçün müzakirəyə açıq olan konseptual yanaşmadır. Belə bir model formalaşacaqsa, onun əsas sütunları ədalət, şəffaflıq və kompleks qiymətləndirmə olacaq.

​Elnarə Akimovanın açıqlamasından da görünür ki, təhsil sistemində keyfiyyətin artırılması və müəllim əməyinin qiymətləndirilməsi ilə bağlı müzakirələr hələlik ilkin, konseptual mərhələdədir. Hər hansı yeni modelin tətbiqi gündəmə gələrsə, regional bərabərsizliklər, sosial mühit və müəllimlərin hüquqları mütləq şəkildə prioritet olaraq qorunacaq. Bu isə o deməkdir ki, pedaqoji heyətin narahatlığı üçün hər hansı reallığa söykənən əsas yoxdur.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki