İtaliyada 27 şəhərdə həddindən artıq istilərlə bağlı "qırmızı xəbərdarlıq" edilib

İtaliyada təsirini artıran isti hava dalğası səbəbindən ölkənin 27 böyük şəhərində ən yüksək səviyyəli – "qırmızı xəbərdarlıq" elan olunub.

İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, əvvəllər 25 şəhəri əhatə edən xəbərdarlıq siyahısına daha iki şəhər əlavə edilib. Bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi, isti hava dalğasının isə ən azı bir həftə davam edəcəyi proqnozlaşdırılır.

Nazirlik bildirib ki, "qırmızı xəbərdarlıq" uzunmüddətli yüksək temperaturun bütün əhali üçün ciddi sağlamlıq riski yaratdığını göstərir. Xəbərdarlıq təkcə yaşlılar, uşaqlar və xroniki xəstələrə deyil, sağlam insanlara da şamil olunur.

Qeyd edək ki, İtaliya bu il dördüncü dəfə güclü isti hava dalğasının təsiri altına düşür. Ötən isti hava dalğaları zamanı ölkədə yüksək temperaturla əlaqədar ölüm halları da qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki