Moskvalıların orta aylıq maaşı kəskin artdı - İndi bu qədər alırlar

Moskvalıların maaşları bir ildə 15 min rubldan (təxminən 316 manat) çox artıb.

Referans Media xəbər verir ki, TASS statistik təhlilə əsasən Moskva sakinlərinin orta aylıq əmək haqqını açıqlayıb.

“Rosstat” məlumatlarına görə, bu ilin may ayında Moskvada orta əmək haqqı təxminən 183,6 min rubl (təxminən 3850 manat), ötən ilin may ayında isə 168,4 min rubl (təxminən 3540 manat) təşkil edib.

2026-cı ilin may ayında ölkə üzrə orta aylıq əmək haqqı 110.216 rubl (təxminən 2300 manat) təşkil edib./Publika.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki