Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı (FOTO)

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1785924506_2377a2a1-dd18-4e07-b326-51bb79636a49.jfif.jpg (368 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki