Xalq artistinin gizlətdiyi əməliyyat üzə çıxdı: Yeriməyi yenidən öyrənib

Rusiyanı tərk etdikdən sonra xaricdə yaşayan məşhur müğənni, Rusiyanın Xalq artisti Alla Puqaçovanın bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı keçirdiyi iddia olunub.

Referans Media xəbər verir ki, bu barədə "Kp.ru" nəşri sənətçinin ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyatdan sonra həkimlər Puqaçovaya yenidən yeriməyi öyrənməli olacağını deyiblər. Əks halda, onda axsama probleminin yaranacağı barədə xəbərdarlıq edilib.

Mənbələrin sözlərinə görə, müğənni ilk vaxtlar süni oynağın orqanizm tərəfindən qəbul olunmayacağından və bir daha yeriyə bilməyəcəyindən ciddi narahatlıq keçirib. Bildirilir ki, onun uzun illərdir şəkərli diabet və ayaqları ilə bağlı sağlamlıq problemləri var.

Qeyd edək ki, Puqaçova daha əvvəl 2025-ci ilin noyabrında ayağını və bud-çanaq nahiyəsini sındırdığını açıqlamışdı. O, həmin zədədən sonra dörd ay hərəkətsiz qaldığını, reabilitasiya dövrünün isə olduqca ağır keçdiyini və panik ataklardan əziyyət çəkdiyini demişdi./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki