Taylandda futbol oyunu zamanı ildırım vurdu: 1 futbolçu ölüb, 9 nəfər yaralanıb

Taylandın Narativat əyalətində keçirilən futbol oyunu zamanı meydana ildırım düşməsi nəticəsində bir futbolçu həyatını itirib, daha 9 nəfər yaralanıb.

Hadisə "Golok FA Cup 2026" turnirinin yarımfinal qarşılaşması zamanı, oyunun əlavə dəqiqələrində baş verib. İldırım meydanın mərkəzinə düşdükdən sonra bir neçə futbolçu yerə yıxılıb.

Hadisə yerinə daxil olan tibb işçiləri futbolçulara ilkin yardım göstəriblər. FC Yala klubunun futbolçusu Sofvan Avae hadisə yerində həyatını itirib, yaralanan 9 futbolçu isə xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, qarşılaşma güclü yağış və külək şəraitində keçirilirdi. FC Yala klubu futbolçunun vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki