ABŞ və İran Hörmüz boğazının mərhələli açılmasını müzakirə edir...
Referans Media xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ABŞ və İran Hörmüz boğazının mərhələli şəkildə açılmasını nəzərdə tutan sazişi müzakirə edirlər. Razılaşmaya əsasən, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi iqtisadi blokadanı yumşaltması müqabilində Tehran boğazı dəniz nəqliyyatı üçün yenidən açmalıdır.
Məlumata görə, danışıqlar ciddi maneələrlə üzləşir. Tərəflərin hər ikisi əlindəki təsir rıçaqlarını saxlamaq niyyətindədir: ABŞ sanksiya təzyiqinə, İran isə dünyanın əsas enerji marşrutlarından birinə keçid imkanlarına nəzarət edir.
İran iqtisadi güzəştlər müqabilində tranzit haqqı tələbindən imtina edə bilər, lakin boğaz üzərində inzibati nəzarəti saxlamq istəyir.
Fars körfəzi ölkələri isə İranın Hörmüz boğazından təzyiq rıçaqı kimi istifadə etməsinə imkan yaradacaq hər hansı razılaşmanın əleyhinə çıxırlar./Musavat.com
