UEFA Çempionlar Liqasının 5-ci həftəsində Qalatasaray Belçika təmsilçisi Union Saint-Gilloise-i qəbul etdi. Sarı-qırmızılılar 1-0 hesabı ilə məğlub oldular. Qalatasarayın Union Saint-Gilloise-ə qarşı evdə məğlub olması Qalatasarayın 33 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.
“Referans MEDİA” bildirir ki, çempionlar liqası matçından sonra Qalatasaray derbiyə göz tikib. Ulduz futbolçu İkardi süper liqada ən yaxın rəqibləri Fənərbaxça ilə 1 dekabr Bazar ertəsi günü qarşılaşacaları oyunla bağlı paylaşım edib.
İkardi paylaşımında: “Sabahınız xeyir, Qalatasaray ailəsi, diqqətinizi cəmləyin. Bazar ertəsi günü böyük bir çətinliyimiz var. Gəlin, Cimbom.” deyə qeyd edib.
