İkardinin “Qalatasaray” macərası sona çatır

Argentinalı ulduz hücumçu Mauro İkardinin mövsümün sonunda “Qalatasaray” klubu ilə yollarını ayıracağı gözlənilir.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, futbolçu ilə klub rəhbərliyi arasında yeni müqavilənin imzalanması istiqamətində aparılan danışıqlar tamamilə dayandırılıb.

İddialara əsasən, artıq komandadan getməyi planlaşdıran təcrübəli forvard “sarı-qırmızılar”ın keçirdiyi son məşq prosesinə də qatılmayıb.

Qeyd edək ki, argentinalı oyunçu cari mövsümdə “Qalatasaray” forması ilə çıxdığı 39 rəsmi qarşılaşmada rəqib qapılarından 15 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki