Qadınlar arasında keçirilən futbol üzrə Avropa çempionatının qalibi bəlli olub.
Referans xəbər verir ki, final İsveçrənin Bazel şəhərində baş tutub.
Həlledici görüşdə İngiltərə və İspaniya yığmaları üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Tərəflər hərəyə 1 qol vurublar – 1:1.
Belədə, qalib penaltilər seriyasında müəyyənləşib. “Lotoreya”da isə İngiltərə millisinin üzü gülüb. İspaniya yığmasına 3:1 hesabı ilə qalib gələn ingilislər ikiqat Avropa çempionu tituluna yiyələniblər.
İngiltərə millisi bundan əvvəl 2022-ci ildə – son Avropa çempionatında qitənin ən güclüsü olmuşdu.