“Apple”ın yeni “iPhone 18 Pro” seriyasının qiymət strategiyası ortaya çıxıb.
Referans Media xəbər verir ki, texnologiya analitiklərindən Ceff Punun məlumatına görə, şirkət yeni modellərdə qiymət artımına getməyəcək və mövcud qiymət etiketlərini qoruyacaq. Süni intellekt məlumat mərkəzlərinə olan tələbin artması yaddaş xərclərinin yüksəlməsinə səbəb olsa da, “Apple” bu xərcləri istehlakçılara yansıtmamaq üçün tədbirlər görür.
Şirkətin yaddaş çipləri üçün “Samsung” və “SK Hynix” ilə münasib qiymətli müqavilələr bağlamaq üzrə danışıqlar apardığı bildirilib. Analitik hesabatına görə, RAM xərclərindəki mümkün artımı kompensasiya etmək məqsədilə ekran və kamera kimi digər əsas komponentlərin istehsal xərcləri azaldılacaq. Bu strategiya sayəsində, qlobal inflyasiya və xammal qiymətlərinin artmasına baxmayaraq, yeni “iPhone 18 Pro” modelləri zamlanmadan satışa çıxacaq.
“iPhone 18 Pro” seriyasının gözlənilən qiymətləri:
“iPhone 18 Pro” (256GB) – 1.099 dollar
“iPhone 18 Pro” (512GB) – 1.299 dollar
“iPhone 18 Pro” (1TB) – 1.499 dollar
“iPhone 18 Pro Max” (256GB) – 1.199 dollar
“iPhone 18 Pro Max” (512GB) – 1.399 dollar
“iPhone 18 Pro Max” (1TB) – 1.599 dollar
“iPhone 18 Pro Max” (2TB) – 1.999 dollar




















