İstanbulun Sarıyer rayonunun Ayazağa məhəlləsində baş verən daşqının fəsadları səhər saatlarında üzə çıxıb.
Referans Media xəbər verir ki, güclü sel nəticəsində çoxsaylı müəssisələr su altında qalıb, bəzi nəqliyyat vasitələri isə sel sularına qərq olub.
Daşqın nəticəsində ərazidə köməksiz vəziyyətdə qalan vətəndaşlar tikinti texnikası və traktorların köməyi ilə xilas ediliblər.
Hazırda ərazidə suyun çəkilməsi və təmizlik işləri davam etdirilir.
